İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

1 Ocak 2015 Perşembe

Uran - seriyanın yeddincisi

Yerə ən yaxın məsafəsi ............................................................................ 2.581.900.000 km. (17,3 AB)
Yerə ən uzaq məsafəsi ............................................................................. 3.157.300.000 km. (21,1 AB)
Ekvator diametri .............................................................................................. 51.118 km. (4,01 x Yer)
Qütb diametri ...................................................................................................................... 49.946 km.
Basıqlıq ............................................................................................................................... 0,023
Həcm ............................................................................................................................... 63 x Yer
Kütlə ............................................................................................................................... 14,5 x Yer
Sıxlıq ............................................................................................................................... 1,27 g / cm3
Ox əyriliyi ............................................................................................................................ 97,77 dərəcə
Dönmə müddəti ....................................................................................... 17 saat 14 dəqiqə 24 saniyə
Ekvatorda cazibə .............................................................................................. 8,87 m / s2 (0,9 x Yer)
Albedo ............................................................................................................................... 0,51
Fırlanma sürəti .................................................................................................................... 6,81 km/saniyə
Peyk sayı ............................................................................................................................................. 27
Təsirli istilik ............................................................................................................................... 58 K

Uran Günəş sisteminin Günəşdən uzaqlıq sırasına görə yeddinci planetidir.Ölçü baxımından Yupiter və Saturndan sonra üçüncü,kütlə baxımından bu iki planet və Neptunun ardından dördüncü sırada gəlir.Adını Yunan mitologiyasından səma tanrısı Uranos'dan alır.1781-ci ildə William Herschel tərəfindən tapılmışdır.Edilən davamlı müşahidələr nəticəsində Herschel'in planeti tapmasından dörd ay sonra bir başqa astronom AJ Lexell bunun Günəşin ətrafında dönən yeni bir planet olduğunu təsdiqlədi.Qaz nəhəngləri sinifinə daxil edilməkdədir.Uran yaxşı və aydın havalarda gözlə görülə bilən bir planetdir.


Uranın kütləsi Yerinkinin 15,həcmi isə 63 qatıdır və Günəş sistemindəki ən az işıq yayan planetdir.Bir neçə kiçik bulud xaricində səthində heç bir detal gözə çarpmır.Uranın ətrafında incə, iti xəttli və tünd rəngli 9 halqanın olduğu təsbit edilmişdir.Halqaların hamısı,təxminən 1 m səviyyəsində tünd rəngli qaya bənzəri parçalardan ibarətdir.Bunların quruluşu hələ bəlli olmayıb.Günəşə olan uzaqlığı səbəbi ilə haqqında çox məlumat yoxdur.Planetin quruluşu və atmosferi haqqındakı məlumatların əksəriyyəti təxminlərə və 1986-ci ildə planetin yaxınlarından keçən Voyager 2 zondundan alınan məlumatlara əsaslanır.Bu məlumatlara görə,planetin hidrogen baxımından zəngin,metan və helium təşkil edən çox sıx bir atmosferə sahib olduğu,səth istiliyinin -221 Cº olduğu,Dünyanınkından daha böyük bir maqnetik sahəyə sahib olduğu və bərk bir nüvəsinin olduğu kimi proqnozlar irəli sürülməkdədir.Uran,qütbü Günəşə baxacaq şəkildə təkər kimi dönər.Beləcə ətrafındakı halqalar da dik olaraq onunla birlikdə dönər.Uran, Günəş ətrafında bir dövrünü 84 ildə tamamlayır.Azca elliptik olan orbiti boyunca,Günəşə uzaqlığı 18-20 Astronomiya vahidi (AB) arasında dəyişir.Uranda Yerin və Saturnun ətrafındakılarla müqayisə ediləcək ölçüdə maqnetik sahə mövcuddur.Maqnetik sahənin oxu,planetin fırlanma oxuna nəzərən 55 ° əyridir və bu digər planetlərə nisbətən olduqca yüksək bir dəyərdir.Planetin dönmə periodu təxminən 17.5 saatdır və fırlanma oxu inanılmaz şəkildədir.Uranın ərinti halda olan ağır bir nüvəsi vardır.Nüvənin ətrafında isə su,metan və amonyakdan ibarət olan bir neçə min ° C temperaturunda və minlərlə km qalınlığında bir mantiya yer alır.Bu həddindən artıq isti mantiyanın,üzərindəki atmosferin ağırlığından qaynaqlanan nəhəng təzyiqin təsiri qaynaya bilmədiyi və buranın elektrik keçirici olduğu,planetin maqnit sahəsini çıxardığı sanılmaqdadır.Planetin qütblərində gecələr 40 il çəkir.
Nəhəng planetin böyük beş peyki vardır. Ancaq ümumi peyk sayı 27-dir.Bu peyklərdən Titan və Oberon ilk dəfə,Sir W. Herschel tərəfindən 1787-ci ildə müşahidə edilmişdir.Digər ikisi Ariel və Umbriel 1851-ci ildə astronom William Lassell tərəfindən tapılmışdır.Beşinci peyk isə ancaq 1948-ci ildə Kuiper tərəfindən kəşf edilmiş Mirandadır.Peyklər arasında Urandan ən uzaq olanı Oberon (500.000 km.), ən yaxını da Miranda 'dır (125.000 km.).Beş böyük peykinin (Miranda, Umbriel, Ariel, Oberon və Titania) ölçüləri 470-1580 km arasında dəyişir.Kiçik peyklərinin adları isə:Cordelia, Ophelia, Bianca, Cressida, Desdemona, Juliet, Portia, Rosalind, Belinda, Puck, Caliban, Stephano, Trinculo, Sycorax, Prospero, Setebos, S/1986 U10, S/2001 U2, S/2001 U3, S/2003 U1, S/2003 U2, S/2003 U3.1948-ci ilə qədər beş böyük peyki müşahidə oluna bilinmişdi.Lakin 1986-ci ildə Voyager 2 zondu bu peyklərə əlavə olaraq daha 10 kiçik peyk də tapmışdır.31 Oktyabr 1997-ci ildə isə radiusları 160 və 80 km olan iki peyk daha müşahidə edilmişdir.

Planetin ətrafında 9 incə halqa vardır. Bu halqalar 10 Mart 1997-ci ildə bir ulduzun planetin arxasında qalması nəticəsində edilən müşahidələr ilə kəşf edilmişdir.Halqalar planetin mərkəzindən 42000 km sonra başlayır və ən genişinin qalınlığı 10 km-dən çox deyil.Ən içdən xaricə doğru halqalara 6 5 4 α β γ δ ε adları verilmişdir.Sırası ilə bu halqalardan planetin mərkəzinə olan məsafə 41980 42360 42663 44844 45799 47323 47746 48423 və 51000 km dir. Ən xaricdəki halqa olan ε halqası ellips şəklindədir və hər iki ucunda radiusu 40-50 km olan iki peyk yer almaqdadır.

Günəş sisteminin digər planetləri haqqında məlumat almaq üçün buraya klik edin.


1 yorum:

  1. men insanı bir metroide benzedirem mence insan bu dünyadan getdikde bir metroide çevrilerek yer uzune düşecek yalnız atmosver onun kulunu yere sepecek



    YanıtlaSil