İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

20 Ocak 2015 Salı

, ,

NASA'da günün fotosu - Azərbaycan

      14 oktyabr 2013-cü ildə NASA'nın rəsmi foto paylaşım saytı olan APOD'da Bakı buxtasından çəkilmiş foto öz əksini tapmışdı.APOD NASA mütəxəssisləri tərəfindən gündəlik foto paylaşım saytıdır və Günün astronomiya şəkli mənasını verir (Astronomy picture of the day - APOD).Şəkli hazırlayan türk astrofotoqraf  Tunç Tezeldir.Fotoda analemma hazırlanmışdır. Analemma - Yer kürəsindən hər hansı bir göy cisminin (adətən Günəş) müəyyən bir zaman periodunda hərəkətlərini göstərən əyri xətdir.


NASA'nın foto üçün rəsmi açıqlaması belə olmuşdur:
  - Günəş günorta hər zaman düz yuxarıda görünür?Xeyr.Məsələn, Günəş heç vaxt ekvatordan şimalda və ya cənubda düz başımızın üstündə görünməz.Əksinə olaraq,Yer kürəsində həmişə bir yer vardır ki,Günəş orada günorta vaxtı zenitdə olur,məsələn, ekvinoks zamanı ekvator (Ekvnioks - ildə 2 dəfə,yəni 20 Mart və 22 Sentyabrda Günəşin zenitdə olmağını bildirən termindir).Günəşi belə tam yuxarıda görmək üçün ən yaxşı üsul  günortanı gözləməkdir.Əgər bunu il ərzində tez-tez etsəniz və fotoları birləşdirsəniz,Günəşin 8 rəqəminə oxşar bir traektoriyaa çəkdiyini görəcəksiniz.Balıq gözü şəkil Günəşin 2012-dəki hərəkətini xarakterizə edir.Şəklin kənarlarında həm də Bakıdakı bəzi binaları görə bilərsiniz.



                                                  
                                                  Mənbə: APOD

0 yorum:

Yorum Gönder