İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

13 Ocak 2015 Salı

Andromedanın 1,5 milyard piksellik görüntüsü yayınlandı


NASA,Andromeda qalaktikasının bu günə qədər əldə edilən ən yüksək keyfiyyətli fotoşəkilini yayınlayıb.Qalaktikanın ancaq üçdə birinin sığdığı 1,5 milyard piksellik görüntünü tək bir kadrda yığmaq üçün 600 ədəd yüksək keyfiyyətli televiziya lazımdır.Hubble teleskopunun səhifəsində verilən məlumata görə,mavi bölgələr spiral qollarda yer alan ulduz çoxluqlarını və ulduzların doğum bölgələrini təmsil edir.Tünd bölgələr isə kompleks kosmik strukturların yer aldığı toz buludları ilə örtülü sahələri göstərir.Ümumilikdə qalaktikaya yayılmış soyuq,qırmızı ulduzlar isə Andromeda'nın milyardlarla il əvvəlinə uzanan keçmişinə şahidlik edir.
Ən çox ulduz saxladığı bilinən spiral şəklə sahib qalaktikalardan biri olan Andromeda'nın ən son görüntüsü,təxminən 100 milyard ulduzdan ibarətdir.Andromeda'nın yüksək keyfiyyətli görüntüsü,alimlərinndaha uzaqdakı spiral qalaktikalardan gələn işıqları analiz etmələrini asanlaşdıracaq.Alimlər,Dünyadan 2,5 milyon işıq ili uzaqlıqdaki Andromeda'nın 1,5 milyard piksellik fotoşəkilinin yaradılması üçün 40 min işıq ili genişliyindəki qalaktikanın 411 şəkilini bir araya gətirib.
Andromedanın yüksək və aşağı keyfiyyətli fotoşəkillərini əldə etmək üçün aşağıdakı bağlantılardan istifadə edə bilərsiniz:
-   4.3 GB həcmli şəkil üçün buraya ,
-   5.3 MB həcmli şəkil üçün buraya klik edin.

Qeyd : Başlıqdaki şəkil bəhs etdiyimiz 1,5 milyard piksellik görüntü deyil.

0 yorum:

Yorum Gönder