İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

6 Mayıs 2014 Salı

Mars One proyekti çərçivəsində Marsda yaradılacaq koloniyaların prototipi

Mars One proyekti çərçivəsində Marsda yaradılacaq koloniyaların prototipi.


Bu proyekt əsasında Marsa ilk insan koloniyalarının 2023-cü ildə göndəriləcəyi planlaşdırılır.O zamana qədər namizədlər fiziki testlər və müxtəlif kosmik simulyasiyalardan keçəcək.Dörd nəfərdən ibarət olan ilk yerləşəcək qrup, "SpaceX Falcon Heavy" raketi ilə yola çıxacaq və bu namizədlər 2023-cü ildə Marsa eniş edəcək.Bunlardan ikisi qadın,ikisi isə kişi cinsindən olacaq.İki il sonra isə 4 nəfərdən ibarət növbəti qrup Marsa göndəriləcək və beləcə hər iki ildən bir 4 nəfərdən ibarət qrup Marsa göndəriləcək.Hər nə qədər tanınmış mütəxəssislər tərəfindən dəstəklənsə də,planetdə yüksək radiasiyaya qarşı güclü koloniya və kosmik cihazların yaradıla biləcəyi şübhə altındadır.
Başçısı Bas Lansdorp (Hollandiya) olan Mars One proyekti 2025-ə qədər (ən gec) daimi insan koloniyaları qurmağı planlaşdırır.

0 yorum:

Yorum Gönder