İdarəçinin əlavəsi :

Hörmətli Elm Qurdu izləyiciləri!

Artıq bu blogdan deyil, elmqurdu.com saytından fəaliyyətimizi davam etdirəcəyik. Bizi izləməyə davam edin!

3 Şubat 2014 Pazartesi

Marsdan yeni görüntülər

   Mars Curiosity kosmik izləyicisinin görüntüləri


  NASA Mars Orbiti tərəfindən çəkilmiş yüksək görüntülü şəkillər kosmik agentliyin Curiosity peykinin Qırmızı planet boyunca dövr etdiyini ve tədricən nəhəng və müəmmalı bir dağa yaxınlaşdığını göstərir.Kosmik izləyici şəkilin sol aşağı küncündə yerləşir.NASA rəsmiləri 9 yanvar 2014 tarixində ortaya çıxmış şəkillərin birinin təsvirində qeyd edir:
 "İzləyicinin çarxlarının Marsda qoyduğu paralel izlər arasındakı məsafə 10 fut ( 3 metr ) bərabərdir."


   Mars Curiosity kosmik izləyicisi 2012-ci ilin avqust ayında Gale kraterinə enmişdi. Məqsəd isə Qırmızı planetdə nə vaxtsa mikrobioloji həyatın olub-olmadığını araşdırmaq idi.Yellowknife körfəzində milyon illər əvvələ aid həyat izləri olan ərazilərin tapılmasıyla missiya artıq uğurla başa çatdırılmışdı.

 Mənbə: NASA.

0 yorum:

Yorum Gönder